Rusiyanın Odessaya hücumu nəticəsində iki nəfər ölüb - YENİLƏNİB
Rusiya Silahlı Qüvvələrinin Odessaya hücumu nəticəsində iki nəfər həlak olub.
"Report"un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak sosial şəbəkələrdə bildirib.
"Xilasedicilər Proxorovskaya küçəsində evin dağıntıları altından bir kişinin meyitini çıxarıblar. Bununla da hücum nəticəsində şəhərdə ölənlərin sayı iki nəfərə çatıb", - o yazıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir.
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa şəhərinə endirdiyi zərbələr nəticəsində 22 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Odessa şəhər hərbi administrasiyasının rəhbəri Sergey Lısaka istinadən məlumat yayıb.
Bildirilib ki, şəhərə kütləvi hücum pilotsuz uçuş aparatları ilə edilib. İnfrastruktur obyektinə, çoxmənzilli yaşayış binalarına, uşaq bağçasına, mağazaya və tikinti meydançasına ziyan dəyib.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Rusiyanın Odessaya endirdiyi zərbələr nəticəsində 20-dən çox insan yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb
-
Sankt-Peterburqda meymunçiçəyinə bir gündə üçüncü yoluxma aşkarlanıb













