İtkonen: Aİ Rusiyanın bütün növ enerji daşıyıcılarından imtina edəcək
Far.Az xəbər saytı

İtkonen: Aİ Rusiyanın bütün növ enerji daşıyıcılarından imtina edəcək


Avropa Komissiyası (AK) qəbul edilmiş qərarlarla bağlı öz mövqeyini müdafiə etməyə hazırdır, bu, Avropa İttifaqı (Aİ) Şurası tərəfindən Rusiya qazının idxalına qoyulan qadağaya da aiddir.

"Far.Az"un Avropa bürosu xəbər verir ki, bunu AK-nın rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen Macarıstan və Slovakiyanın bu qərarın mübahisəsi üçün Avropa Məhkəməsinə müraciət etmək niyyətinə dair suala cavab olaraq bildirib.

Onun sözlərinə görə, Aİ ölkələrinin qərarları, o cümlədən Rusiya qazından mərhələli imtina üzrə "REpower EU" direktivlərini məhkəməyə çıxarmaq hüququ var.

"Biz "REpower EU"nun təsdiqini alqışlayırıq, bu Aİ üçün tarixi məqamdır. Proses artıq başa çatıb və bu, Rusiya qazının idxalını tam dayandıran son addım idi. İndi isə mərhələli şəkildə Rusiya neftindən də imtina edə bilərik", - AK-nın rəsmi nümayəndəsi deyib.

İtkonen qeyd edib ki, AK üzv dövlətlərlə, o cümlədən Macarıstan və Slovakiya ilə işləməyə davam edəcək:

"Aİ üzv dövlətlərlə, xüsusilə Macarıstan və Slovakiya ilə işləməyə davam edəcək. Bu ölkələrin xüsusi vəziyyəti nəzərə alınacaq və enerji mənbələrinin diversifikasiyası istiqamətində dəstək davam edəcək".

O əlavə edib ki, ilin sonuna qədər Rusiya neftinin idxalına qadağa ilə bağlı təklif Aİ Şurasına təqdim olunacaq.

"Nüvə enerjisinə gəlincə, bu hazırlıq üçün bir qədər daha mürəkkəb prosesdir, lakin o da hazırlanma mərhələsindədir. Dəqiq deyə biləcəyim müddət yoxdur, amma ümid edirəm ki, biz bunu lazımi vaxtda edə biləcəyik", - AK nümayəndəsi söyləyib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər