Nazir müavini: "Bakıda parklanma üçün nağd ödəniş qanun pozuntusudur"
Bakıda qanunsuz parklanma halları ilə mübarizə tədbirləri genişləndirilir, bu sahədə nəzarət mexanizmləri daha da sərtləşdirilir.
"Far.Az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, şəhərdə parklanmanın düzgün təşkil edilməsi və yalnız qanuni dayanacaqlardan istifadə əsas prioritetlərdəndir.
"Qeyri-rəsmi şəkildə parklanma yerlərinin təşkil edilməsi və sürücülərdən yerindəcə pul yığılması qanun pozuntusu hesab olunur. Nağd şəkildə həyata keçirilən parklanma ödənişləri qanunsuzdur. Parklanma yalnız rəsmi sistem üzərindən aparılmalıdır", – deyə nazir müavini vurğulayıb.
R.Hümmətov qeyd edib ki, bu kimi hallarla bağlı nəzarət tədbirləri gücləndirilib, müvafiq qurumlarla birgə monitorinqlər aparılır və qanunsuz fəaliyyət göstərən şəxslərə qarşı inzibati tədbirlər görülür.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ukrayna və Azərbaycan səhiyyə nazirləri saziş imzalayıb, əməkdaşlıq genişləndirilir
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Los-Anceles yaxınlığında 4,2 maqnitudalı zəlzələ olub
-
Peruda güclü zəlzələ olub
-
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb













