Bakı metrosunda qoruyucu şüşə arakəsmələrin tətbiqi imkanları araşdırılır
Bakı metrosunda platformalarda qoruyucu şüşə arakəsmələrin tətbiqi imkanları araşdırılır.
Bu barədə "Far.Az"un sualını cavablandırarkən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, bir sıra inkişaf etmiş ölkələrin metropoliten sistemlərində platforma qoruyucu şüşə arakəsmələri sərnişin təhlükəsizliyinin artırılması məqsədilə tətbiq olunur və bu təcrübə öyrənilir: "Platforma arakəsmələri ən səmərəli şəkildə yalnız müasir avtomatik idarəetmə və işarəvermə sistemləri olan xətlərdə tətbiq olunur. Bu sistemlər qatarların platformada dəqiq və sabit dayanma mövqeyini avtomatik şəkildə təmin edir. Hazırda isə qatarların platformada dayanmasını maşinist həyata keçirir. Qapıların qoyulması üçün isə bizə avtomatik sistemin verdiyi dəqiqlik zəruridir".
O qeyd edib ki, Bakı Metropolitenində fərqli nəsil və bir neçə model vaqon istismar olunur və qapıların yerləşməsi fərqlidir: "Onların bəzilərinin qapısı içəri, bəzilərinin qapısı isə çölə açılır. Bu, platforma arakəsmələrinin standart formada tətbiqini çətinləşdirən amillərdən biridir. Bu mənada stansiyaların havalandırma və hava dövriyyəsi xüsusiyyətləri nəzərə alınmalıdır. Yaşıl və Qırmızı xətlərdə hava stansiyalara əsasən tuneldən daxil olur. Platforma arakəsmələri quraşdırılması hava axınlarının qarşısını alacaq. Bu həm tunel infrastrukturuna və ən əsası sərnişinlərə mənfi təsir göstərə bilər".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Los-Anceles yaxınlığında 4,2 maqnitudalı zəlzələ olub
-
Peruda güclü zəlzələ olub
-
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb













