Ukrayna XİN Macarıstan səfirinə etiraz bildirib
Far.Az xəbər saytı

Ukrayna XİN Macarıstan səfirinə etiraz bildirib


Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Macarıstan səfiri Antal Heyzerə Kiyevin seçkilərə müdaxilə etməsi barədə ölkə rəsmilərinin son bəyanatları ilə əlaqədar qəti etirazını bildirib.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna XİN-nin bəyanatına istinadən məlumat yayıb.

"Macarıstan diplomatına bildirilib ki, Ukrayna macar tərəfinin ölkəmizi öz seçki kampaniyasına cəlb etməsinə qəti şəkildə etiraz edir və bu, ikitərəfli münasibətlərin inkişafına açıq-aşkar zərər vurur", - bəyanatda qeyd olunub.

XİN Budapeşti Ukraynaya qarşı aqressiv ritorikasına son qoymağa çağırıb və əlavə edib ki, bunun davam etməsi iki qonşu dövlətin əməkdaşlığı üçün mənfi nəticələrə səbəb ola bilər.

Eyni zamanda, nazirlik Ukraynanın Macarıstanla konstruktiv dialoqa açıq olduğunu vurğulayıb.

Həmçinin, Ukraynanın Avropa İttifaqına qoşulması üzrə danışıqların bərbad olmasının əhəmiyyəti qeyd edilib. Diplomatların sözlərinə görə, bu, hər iki xalqın, o cümlədən Ukraynada yaşayan macar azlığının maraqlarına uyğundur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər