Aİ və Azərbaycan Naxçıvan dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq
Avropa İttifaqı və Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə Naxçıvan dəmir yolu layihəsinin hazırlanması üçün texniki-iqtisadi əsaslandırma işləri görəcək.
"Report"un məlumatına görə, bu barədə Aİ ilə Azərbaycan arasında razılaşma əldə olunub.
Aİ-nin Azərbaycandakı nümayəndələyinin, razılaşma ilə bağlı yaydığı məlumatda bunun Azərbaycanda və daha geniş regionda mobilliyi və iqtisadi axınları yaxşılaşdırmaq baxımından vacib investisiya olduğu bildirilib:
"Bu dəmir yolu, 15 günlük planlaşdırılmış tranzit daşınma müddətində Avropa ilə Mərkəzi Asiyanı birləşdirməyi hədəfə alan daha geniş Transxəzər Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir.
Avropa və Asiya arasında marşrutların şaxələndirilmiş, etibarlı və sabit olması ortaq strateji maraqlara xidmət edir. Onların verdiyi fayda qarşılıqlı olur və həddən ziyadə asılılıq risklərini azaldır".
Bundan başqa məlumatda vurğulanıb ki, ikitərəfli və regional dəstək proqramları ilə yanaşı, innovativ maliyyə alətləri vasitəsilə gələcək prioritet layihələr Aİ ilə Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirəcək.
"Onlar həmçinin Azərbaycanın iqtisadiyyatını şaxələndirmək, regional bağlantıları gücləndirmək, ölkə daxilində səriştə və iş imkanları yaratmaq, kənd yerlərinin inklüziv və davamlı inkişafını təşviq etmək istiqamətində göstərdiyi səyləri dəstəkləyəcək", məlumatda deyilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Los-Anceles yaxınlığında 4,2 maqnitudalı zəlzələ olub
-
Peruda güclü zəlzələ olub
-
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb













