Səudiyyə Ərəbistanı və İsrail rəsmiləri İranla bağlı vəziyyəti Vaşinqtonda müzakirə edirlər
Far.Az xəbər saytı

Səudiyyə Ərəbistanı və İsrail rəsmiləri İranla bağlı vəziyyəti Vaşinqtonda müzakirə edirlər


Səudiyyə Ərəbistanı və İsrail nümayəndələri ABŞ Prezidenti Donald Trampın təhdidləri fonunda İrandakı vəziyyəti müzakirə etmək üçün bu həftə Vaşinqtona intensiv səfərlər edirlər.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən bildirib.

Bu həftə Tramp administrasiyası İsrail və Səudiyyə Ərəbistanının müdafiə və kəşfiyyat qurumlarının yüksək rütbəli rəsmilərini İranla bağlı danışıqlar üçün qəbul edir. Qəbul ABŞ Prezidentinin İrana hərbi zərbələrin endirilməsi imkanını nəzərdən keçirməsi fonunda həyata keçirilir", - mənbə bildirib.

İsrail mediasının məlumatına görə, təmaslar çərçivəsində İsrail Müdafiə Qüvvələrinin (IDF) kəşfiyyat şöbəsinin rəhbəri general Şlomi Binder İrandakı mümkün hədəflər haqqında kəşfiyyat məlumatlarını bölüşmək üçün Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi və Ağ Evdəki yüksək vəzifəli şəxslərlə görüşlər keçirib. Səudiyyə Ərəbistanının nümayəndə heyəti diplomatik səylərin artırılması üzərində işləyir və regional eskalasiyadan çəkindirir. Ağ Ev isə Trampın hələ yekun qərar qəbul etmədiyini vurğulayır.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər