İran XİN Mertsin SEPAH-la bağlı bəyanatlarına görə Almaniya səfirini çağırıb
Far.Az xəbər saytı

İran XİN Mertsin SEPAH-la bağlı bəyanatlarına görə Almaniya səfirini çağırıb


İran Xarici İşlər Nazirliyi (XİN) Almaniya Kansleri Fridrix Mertsin İslam Respublikasının hakimiyyəti və silahlı qüvvələrini tənqid edən bəyanatları ilə əlaqədar bu ölkənin İrandakı səfiri Aksel Dittmanı çağırıb.

"Far.Az" "Mehr" agentliyinə istinadən xəbər verir ki, İran xarici işlər nazirinin köməkçisi və Qərbi Avropa üzrə baş direktor Əlirza Yusefi ilə görüş zamanı kanslerə alman rəsmilərinin müdaxilə xarakterli və məsuliyyətsiz bəyanatlarına qarşı qəti etiraz bildirilib.

Yusefi SEPAH-ın terrorizmlə mübarizədə, İranın təhlükəsizliyinin və milli suverenliyinin qorunmasında rolunu vurğulayaraq, silahlı qüvvələrin bir hissəsinin "qara siyahı"ya salınması cəhdlərinin beynəlxalq hüququn açıq şəkildə pozulması və ölkənin suverenliyinə təcavüz olduğunu deyib və bunun Tehranın cavab reaksiyasına səbəb olacağını qeyd edib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər