Keçən il TƏBİB tabeli tibb müəssisələrində 94 milyona yaxın xidmət göstərilib
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibbi müəssisələrində keçən il ərzində ümumilikdə 25 milyon 599 min 556 müraciət qeydə alınıb.
TƏBİB-dən "Report"a verilən məlumata görə, bunlardan 530 min 447-si stasionar, 25 milyon 69 min 109-u ambulator olub.
Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2024-cü il ilə müqayisədə 6 % çox olub.
Ötən il göstərilən xidmət sayında ötən il ilə müqayisədə artım müşahidə olunub. Belə ki, sözügedən müddət ərzində 93 milyon 970 min 438 (12 mln. 137 min 680 stasionar, 81 mln. 832 min 758 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2024-cü il ilə müqayisədə 14 % artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ötən il ərzində 40 mln. 107 min 778 sayda laborator müayinələr aparılıb ki, onların da 6 mln. 149 min 573-ü stasionar, 33 mln. 958 min 205-i ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü il ilə müqayisədə 20 % artım qeydə alınıb.
Cərrahi əməliyyat və prosedurlarda da ötən illərlə müqayisədə artım müşahidə olunub. İl ərzində 377 min 835 cərrahi əməliyyat və prosedur (353 min 485 stasionar, 24 min 350 ambulator olmaqla) icra olunub. Cərrahi əməliyyat və prosedurların sayı 2024-cü il ilə müqayisədə 1% artıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İrançılıq düşüncəsinin paradoksları
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur
-
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır













