Hakan Fidan: İrana hərbi müdaxilə regional və qlobal miqyasda risklər yarada bilər
Far.Az xəbər saytı

Hakan Fidan: İrana hərbi müdaxilə regional və qlobal miqyasda risklər yarada bilər


Türkiyə İranda baş verən prosesləri diqqətlə izləyir.

"Far.Az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə İstanbulda keçirdiyi bigə mətbuat konfransında deyib.

Nazir bildirib ki, İranın təhlükəsizliyi Türkiyə və bölgə üçün mühüm əhəmiyyət kəsb edir:

"İranla ABŞ arasında baş verən son gərginliyin azaldılması önəmlidir. Əlaqələrin normallaşması lazımdır".

H.Fidan vurğulayıb ki, Türkiyə İrana qarşı hər hansı hərbi müdaxiləyə qarşıdır və tərəfləri danışıqlar masasına dəvət edir:

"İrana hərbi müdaxilə regional və qlobal miqyasda risklər yarada bilər. Türkiyə mövcud gərginliyin dialoq yolu ilə həllinə töhfə verməyə hazırdır. İranın nüvə proqramı ilə bağlı problemin qısa müddətdə sülh yolu ilə həllinin tapılmasını dəstəkləyirik. Əgər lazım gələrsə, bu istiqamətdə kömək göstərməyə hazırıq".

Gülər Seymurqızı

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər