ADY ilə Gürcüstanın aparıcı logistika şirkəti və limanları arasında əməkdaşlıq müzakirə edilib
Far.Az xəbər saytı

ADY ilə Gürcüstanın aparıcı logistika şirkəti və limanları arasında əməkdaşlıq müzakirə edilib


"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilə Gürcüstanın aparıcı logistika şirkəti və limanları arasında əməkdaşlıq imkanları müzakirə edilib.

"Far.Az" xəbər verir ki, müzakirələr ADY sədri Rövşən Rüstəmovun Poti Limanında terminal idarəçiliyini həyata keçirən "PACE Group"un və Batumi Dəniz Limanının rəhbərlikləri ilə keçirilən görüşlərdə aparılıb.

Görüşlərdə iki ölkənin logistika şirkətləri və dəniz limanları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Limanların fəaliyyəti ilə tanış olan ADY nümayəndə heyətinə Qara dənizdə strateji mövqeyə malik Batumi və Poti limanlarının çoxsaylı yük növlərinin emalı baxımından aparıcı infrastruktura malik olması barədə məlumat verilib.

R. Rüstəmov bildirib ki, Azərbaycanda dəmir yolu–liman əməliyyatları artıq vahid idarəetmə prinsipi əsasında təşkil edilir. Ötən il Bakı Beynəlxalq Dəniz Limanının ADY-yə uğurla inteqrasiyası limanın yükaşırma nəticələrinə də müsbət təsir göstərib. Belə ki, 2025-ci ildə Bakı Limanında rekord həcmdə – 107 min TEU-dan çox konteyner yükü aşırılıb, bu da 2024-cü illə müqayisədə 40 % artım deməkdir.

Görüşlərdə Bakı və Gürcüstan limanları arasında əməkdaşlığın dərinləşdirilməsi və təcrübə mübadiləsinin Orta Dəhliz üzrə artan yükdaşımaların daha da səmərəli həyata keçirilməsinə imkan verəcəyi xüsusi vurğulanıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər