Parisdə Azərbaycan məktəbi yeni tədris ilinə başlayıb
Far.Az xəbər saytı

Parisdə Azərbaycan məktəbi yeni tədris ilinə başlayıb


Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan məktəbi 2024-2025-ci illər üzrə yeni tədris ilinə başlayıb.

“Report”un yerli bürosu bildirir ki, Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva məktəbi ziyarət edib, şagirdləri yeni tədris ilinə başlamaları münasibətilə təbrik edib.

Şagirdlər ilk dərs günü Azərbaycan dövlət himnini oxuyub, dahi Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin qarşısında şəkil çəkdiriblər.

Bu il Xurşidbanu Natəvan adına məktəbdə Azərbaycan dili, musiqi, rəsm dərsləri tədris olunacaq. Məktəbə 15-ə yaxın şagird yazılıb. Onlar arasında soydaşlarımızla yanaşı, ukraynalı, fransız və digər xalqlardan olan ailələrin uşaqları da var.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO
Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənlikdə iştirak edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər