Azərbaycanlı diplomat BMT-də: Beynəlxalq hüquq prinsipləri hamıya bərabər şəkildə tətbiq olunmalıdır
BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri hamıya ardıcıl və bərabər şəkildə tətbiq olunmalıdır.
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında Pakistanın BMT yanında daimi nümayəndəliyi tərəfindən təşkil olunan "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün müqavilələrin toxunulmazlığının təmin edilməsi" mövzusunda Arria-formula (qeyri-rəsmi) keçirilən iclasda Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin birinci katibi Məqsəd Hüseynov deyib.
Diplomat çıxışında bildirib ki, vicdanla götürülən öhdəliklər vicdanla yerinə yetirilməlidir. O həmçinin sülhün təşviqi üçün dağıdılmış şəhərlərin bərpası, mina və partlamamış sursatların aradan qaldırılması, məcburi köçkünlərin təhlükəsiz qayıdışı və biomüxtəlifliyin bərpasının vacib olduğunu vurğulayıb.
Sonda diplomat Azərbaycanın regionda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl səylərini davam etdirmək, eləcə də beynəlxalq və regional tərəfdaşlıq ilə əməkdaşlığı təşviq etmək əzmində olduğunu bir daha bəyan edib
Oxşar xəbərlər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













