Dövlət Departamenti Səudiyyə Ərəbistanına 9 milyard dollarlıq "Patriot" raketlərinin satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 9 milyard dollar dəyərində "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin mümkün satışını təsdiqləyib.
"Far.Az" xəbər verir ki, bu barədə Pentaqonun hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı hakimiyyəti ABŞ-dən 730 ədəd "PAC-3 MSE" idarəolunan zenit raketi və müvafiq avadanlıqların alınması imkanını sorğu edib. Sövdələşmə Dövlət Departamenti tərəfindən bəyənilib və müvafiq bildiriş ABŞ Konqresinə təqdim olunub.
Bəyanatda qeyd olunur ki, raketlərin Səudiyyə Ərəbistanına satışı ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik sahəsindəki məqsədlərinə cavab verir. Sənəddə ifadə olunan mövqeyə görə, Ər-Riyada silah satışı regiondakı qüvvələr balansını dəyişməyəcək. Pentaqon hesab edir ki, bu sövdələşmə ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərməyəcək.
Xatırladaq ki, bundan əvvəl Dövlət Departamenti üç müqavilə üzrə İsrailə 6,52 milyard dollar dəyərində potensial hərbi tədarükü təsdiqləmişdi.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər
-
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb













