Polşada güclü şaxtalar fonunda 90-dan çox insan ölüb
Far.Az xəbər saytı

Polşada güclü şaxtalar fonunda 90-dan çox insan ölüb


Polşada qışın başlanğıcından bəri güclü şaxtalar fonunda azı 92 nəfər həlak olub.

"Report"un "Polşa Radiosu"na istinadən məlumatına görə, bu barədə daxili işlər nazirinin müavini Veslav Şçepanski Təhlükəsizlik üzrə Hökumət Mərkəzində müxtəlif xidmətlərin nümayəndələri ilə keçirilən təcili brifinqdə jurnalistlərə açıqlama verib.

O, ölkənin şərqində vəziyyətin xüsusilə ağır ola biləcəyi barədə xəbərdarlıq edib.

"Bu gecə Suvalk şəhərində (Podlyaska voyevodalığı - red.) temperatur mənfi 29 °C-yə qədər enə bilər, hiss olunan temperatur isə mənfi 36° C-dən mənfi 38° C-yə qədər ola bilər", – deyə o bildirib.

Şçepanski əlavə edib ki, qış başlayandan bəri azı 38 nəfər donvurmadan, daha 54 nəfər isə dəm qazından zəhərlənərək ölüb.

Fövqəladə xidmətlər, o cümlədən təxminən 8,6 min polis əməkdaşı soyuqdan sığınacaq axtaran insanları tapmaq üçün tərk edilmiş binaları, zibil konteynerlərini və kanalizasiya lükləri yoxlayır. Şəhərlərdə xüsusi çadırlar qurulub, dəmir yolu stansiyaları isə gecə boyu açıq saxlanılır ki, insanlar sığınacaq tapa bilsinlər.

Oxşar xəbərlər

Polşada güclü şaxtalar fonunda 90-dan çox insan həlak olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər