Kral II Abdullah: Bu, sülhün üstün tutulması mümkünlüyünün nümunəsidir
Far.Az xəbər saytı

Kral II Abdullah: Bu, sülhün üstün tutulması mümkünlüyünün nümunəsidir


Ermənistanla Azərbaycan arasında sülh sazişinin, həmçinin həmin razılaşmanı mümkün etmiş insanların və onların göstərdiyi çox böyük səylərin tanınması və qeyd edilməsində hamınıza qoşulmaqdan böyük şərəf hissi duyuram.

"Far.Az"un Əbu-Dabiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu İordaniya Haşimilər Krallığının Kralı II Abdullah "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına ünvanladığı təbrik videomüraciətində deyib.

"Zati-aliləri, əziz dostlarım, bu cür tarixi nailiyyət münasibətilə Sizi təbrik edirəm. Cəsarətli sülh seçimini etdiyinizə görə təbrik edirəm. Bu nailiyyət Sizin inanılmaz cəsarət və rəhbərlik keyfiyyətlərinizin nəticəsidir.

Uğurunuz onilliklər boyu davam etmiş münaqişəyə baxmayaraq, sülhün üstün tutulması mümkünlüyünün nümunəsidir", - kral bildirib.

Oxşar xəbərlər

İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub - YENİLƏNİB
İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə bağlı nümayəndə heyətini qəbul edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər