Ceyhun Bayramov burundili həmkarı ilə görüşüb
Far.Az xəbər saytı

Ceyhun Bayramov burundili həmkarı ilə görüşüb


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Burundi Respublikasının xarici işlər və inkişafı üçün əməkdaşlıq naziri Albert Şinqiro ilə fikir mübadiləsi aparıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı “X” sosial şəbəkəsində yazıb.

C.Bayramov Azərbaycanın Burundi də daxil olmaqla Afrikanın müxtəlif ölkələri ilə əməkdaşlığının xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə intensivləşdiyini məmnunluqla qeyd edib.

“Mövcud imkanlardan istifadə edərək müxtəlif formatlarda əməkdaşlığımızın daha da möhkəmlənməsinə ümid edirəm”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib - YENİLƏNİB
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib
Ceyhun Bayramov portuqaliyalı həmkarını Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər