Bakı və Kiyev Azərbaycanda ukraynalı uşaqların reabilitasiya proqramının genişləndirilməsini müzakirə edib
Azərbaycan və Ukrayna sosial müdafiə sahəsində əməkdaşlığı, 2026-cı ildə ukraynalı uşaqların reabilitasiya proqramının genişləndirilməsini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Ukraynаnın Bakıdakı səfiri Yuri Qusev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə görüşün yekunları üzrə sosial şəbəkələrdə yazıb.
"Ölkəmizə dəstək və kömək üçün təşəkkür etdim. Eyni zamanda, ukraynalı uşaqların istirahət və reabilitasiya proqramına görə Azərbaycana xüsusi minnətdarlığımı bildirdim. Proqramın 2026-cı ildə davam etdirilməsi və genişləndirilməsi müzakirə edilib", - səfir yazıb.
Y.Qusev həmçinin qeyd edib ki, görüşdə inklüziv uşaq mərkəzlərinin yaradılması üzrə təcrübə mübadiləsi imkanlarına, xüsusilə Ukraynanın İrpen şəhərində Azərbaycandan dəstək ilə inşası planlaşdırılan obyektlərdən birinin bazasında belə bir mərkəzin yaradılmasına diqqət yetirilib.
"Sosial müdafiə sahəsində sistemli qarşılıqlı fəaliyyət və əlaqələndirmə barədə razılığa gəldik", - diplomat əlavə edib.
Oxşar xəbərlər
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













