XXV Qış Olimpiya Oyunları açılış mərasimi keçirilir
Far.Az xəbər saytı

XXV Qış Olimpiya Oyunları açılış mərasimi keçirilir


İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilir.

"Report"un məlumatına görə, açılış mərasimi İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunur.

Mərasim İtaliyanın zəngin tarixi və mədəni irsini əks etdirən bədii proqramla başlayıb. Arenada ölkənin müxtəlif bölgələrinə xas milli rəqslər nümayiş olunub, ənənəvi musiqi səsləndirilir. Səhnə tərtibatında Alp dağlarının, İtaliya memarlığının və qış mövsümünü simvolizə edən elementlərin yer aldığı vizual kompozisiyalar təqdim edilir.

Açılış şousunda müasir texnologiyalarla yanaşı, İtaliya xalqının milli kimliyini xatırladan səhnələr xüsusi diqqət çəkib. Tamaşaçılara lazer effektləri, işıq şouları və kütləvi rəqs kompozisiyaları nümayiş etdirilir.

Qeyd edək ki, Olimpiada fevralın 4-də qarışıq cütlüklərin körlinq turniri ilə başlayıb. Qadınların hokkey turniri 5 fevralda start götürüb. İtaliyada 16 idman növü üzrə 116 medal uğrunda mübarizə baş tutacaq ki, bu da əvvəlki - 2022-ci il Pekin Oyunlarından yeddi medal çoxdur. Skeleton növü üzrə qarışıq komanda yarışları, sərbəst xizəksürmə üzrə kişilər və qadınlar arasında "moqul" yarışları və digər növlər əlavə edilib, lakin dağ xizəyi üzrə qarışıq komanda yarışları keçirilməyəcək. Xizək alpinizmi Olimpiya proqramında kişilər və qadınlar sprintləri, eləcə də komanda yarışlarını əhatə edən yeni yarışdır.

Azərbaycan təmsilçilərindən Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək. Anastasiya Papatoma isə ayın 15-də nəhəng slalom (giant slalom), 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina d'Ampetsoda keçiriləcək.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər