"Mançester Siti"nin yayda heyətinə qatmaq istədiyi futbolçular bəlli olub
Far.Az xəbər saytı

"Mançester Siti"nin yayda heyətinə qatmaq istədiyi futbolçular bəlli olub


İngiltərənin "Mançester Siti" klubunun yay transfer dönəmində heyətinə qatmaq istədiyi futbolçular bəlli olub.

"Report" "The i Paper" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər" "Nottinqem Forest"in yarımmüdafiəçi Elliot Andersonla maraqlanır.

23 yaşlı oyunçunu "Mançester Yunayted" də transfer etmək istəyir.

Bundan əlavə, "Mançester Siti" sağ cinah müdafiəçisi də axtarır. "Brentford"dan Mikael Kayode və Niderland təmsilçisi "Feyenoord"dan Civayro Rida namizədlər arasındadır.

Qeyd edək ki, komanda hazırda İngiltərə Premyer Liqasında 47 xalla ikinci pillədə qərarlaşıb və lider "Arsenal"dan altı xal geridədir.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Mançester Yunayted" Karrikin rəhbərliyi ilə "Arsenal"ı məğlub edərək ikinci qələbəsini qazanıb
Azərbaycan Premyer Liqasında güc bölgüsü: "Qarabağ" evdə, "Sabah" səfərdə liderdir - ARAŞDIRMA
"Mançester Yunayted" yeni baş məşqçisi ilə ilk matçında "Mançester Siti"ni məğlub edib
İngiltərə klubu ukraynalı futbolçunun müqaviləsini vaxtından əvvəl ləğv etmək istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər