Bakı və Moskva xarici siyasi koordinasiyanı gücləndirir
Far.Az xəbər saytı

Bakı və Moskva xarici siyasi koordinasiyanı gücləndirir


Bakı və Moskva həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq platformalarda xarici siyasi koordinasiyanı daha da gücləndirməyi hədəfləyib.

“Far.Az” Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşündə müzakirə olunub.

Ətraflı söhbət zamanı tərəflər qarşılıqlı maraq doğuran aktual beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda, Moskva və Bakının həm ikitərəfli formatda, həm də beynəlxalq platformalarda sıx xarici siyasi koordinasiyanı davam etdirməyə hazır olduğu təsdiqlənib.

Oxşar xəbərlər

PA-nın Vətəndaş Qəbulu Mərkəzində sentyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
PA Vətəndaş Qəbulu Mərkəzində sentyabrda vətəndaşların qəbul cədvəli açıqlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər