Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsini qınayıb
Far.Az xəbər saytı

Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsini qınayıb


ABŞ Konqresində anti-Azərbaycan mövqeyi ilə tanınan ermənipərəst konqresmen Adam Şiffin təqdim etdiyi növbəti anti-Azərbaycan qanun layihəsini qətiyyətlə pisləyir və qınayırıq.

"Far.Az" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb.

Bəyanatda deyilir ki, qanun layihəsi həm adı, həm də məzmunu etibarilə təxribat xarakterli və yanlış bir addımdır:

"Adam Şiffin ənənəvi anti-Azərbaycan mövqeyi və korrupsiyaya bulaşmış digər Azərbaycanofob, keçmiş senator Bob Menendez kimi erməni lobbisi ilə korrupsioner əlaqələri, onun dürüstlüyünü ciddi şəkildə şübhə altına alır.
Qarabağ ermənilərinin Azərbaycan dövlətinin reinteqrasiya və vətəndaşlıq təkliflərini rədd edərək sərbəst şəkildə ölkəni tərk etdiklərini nəzərə alaraq, Şiffin bu qanun layihəsi böhtan üzərində qurulub".

Bəyanatda həmçinin qeyd edilib ki, Adam Şiff 300 min azərbaycanlının Ermənistandan, 700 min azərbaycanlının isə uzun müddət işğal altında saxlanmış Azərbaycan ərazilərindən etnik təmizləmə nəticəsində zorla çıxarılmasını dəstəkləyib:

"Azərbaycanın, eləcə də azərbaycanlıların əmlakına, iqtisadiyyatına və mədəni irsinə vurulan yüz milyardlarla ABŞ dolları dəyərində ziyanı görməzdən gəlmiş, hətta dəstəkləyib. Bütün bunlar göstərir ki, təqdim olunan qanun layihəsi Azərbaycana qarşı şantaj cəhdidir. Bu addım həm də ABŞ-Azərbaycan münasibətlərinə ciddi zərbə vurmağa hədəflənib. Qərbi Azərbaycan İcması olaraq, biz ABŞ Konqresindən bu təxribat xarakterli qanun layihəsini rədd etməsini və Adam Şiffin erməni lobbisi ilə korrupsiya əlaqələrinin araşdırılmasını tələb edirik".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bayden administrasiyası ABŞ-Azərbaycan münasibətlərini bərpası mümkün olmayan çöküşə aparır - TƏHLİL
Qərbi Azərbaycan Xronikası: Deportasiya olunan soydaşlarımız Azərbaycanın 58 bölgəsində məskunlaşıb
ABŞ-nin demokratiya bayrağı altında mürtəce siyasəti və ya sinəsi yeni erməni medalları üçün darıxan Şiff
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər