Azərbaycan "Visa" ilə sıx əməkdaşlıq edir
"Visa" ilə çox məhsuldar əməkdaşlıq barədə hökumət qurumlarımızdan məlumat almışam və biz bundan məmnunuq.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Azərbaycan Prezidenti onların müxtəlif tərəfdaşlarla – İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və bir çox digər təşkilatlarla işlədiklərini xatırladıb.
"Gündəliyimiz, planlarımız və burada görülən işlər barədə məlumatınız var. Biz birmənalı olaraq, müasirləşməni davam etdirmək, insanların gündəlik həyatını daha rahat etmək üçün gələn illərdə "Visa" ilə sıx işləyəcəyik. Çox sağ olun", - dövlət başçısı bildirib.
Oxşar xəbərlər
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













