Orta Dəhlizdə rəqəmsallaşma və yükdaşımanın inkişafına dair protokol imzalanıb
Azərbaycan, Türkmənistan, Özbəkistan və Gürcüstan arasında Orta Dəhliz üzrə rəqəmsallaşma və yükdaşımaların inkişafı, dəhlizin diaqnostikası kimi istiqamətləri əhatə edən protokol imzalanıb.
"Far.Az" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov, Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Mammed Akmammedov, "Özbəkistan Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev və "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze arasında dördtərəfli görüş keçirilib.
Görüşdə tərəflər qarşılıqlı maraq kəsb edən məsələləri, dəmir yolu sahəsində, eləcə də regionun əsas tranzit marşrutlarından olan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Həmçinin Orta Dəhlizin rəqabətqabiliyyətinin yüksəldilməsi, bu marşrut üzrə daşımaların həcminin artırılması barədə fikir mübadiləsi aparılıb, əməliyyatların rəqəmsallaşdırılmasının yük nəqlinin daha operativ həyata keçirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Ötən ilin avqustunda Türkmənbaşı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmir Yolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu"nun əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcəyi qeyd olunub.
Dördtərəfli görüşün yekunu olaraq protokola imza atılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Los-Anceles yaxınlığında 4,2 maqnitudalı zəlzələ olub
-
Peruda güclü zəlzələ olub













