Ukrayna Rusiyada neft emalı zavoduna PUA ilə zərbə endirib
Far.Az xəbər saytı

Ukrayna Rusiyada neft emalı zavoduna PUA ilə zərbə endirib


Ukrayna PUA-ları Rusiyanın Komi Respublikasına hücum edib, Uxtadakı neft emalı zavodunun ərazisində yanğın qeydə alınıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Komi Respublikasının başçısı Rostislav Qoldşteyn sosial şəbəkələrdə məlumat verib.

"Bu gün regionumuz Ukrayna pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Uxtadakı neft emalı zavodunun ərazisində yanğın qeydə alınıb. Hadisə yerində operativ xidmətlər fəaliyyət göstərir", - Qoldşteyn yazıb.

Onun sözlərinə görə, heç kim xəsarət almayıb. Bütün zəruri təhlükəsizlik tədbirləri görülür. Müvafiq xidmətlər gücləndirilmiş rejimdə çalışır.

Respublikada pilotsuz uçuş aparatları ilə bağlı təhlükə davam edir.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
"Qarabağ KOB-ları" layihəsi - şəhid ailələrinin, qazilərin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər