Britaniya Ukraynaya 1 000 ədəd hava hücumundan müdafiə raketi verəcək
Far.Az xəbər saytı

Britaniya Ukraynaya 1 000 ədəd hava hücumundan müdafiə raketi verəcək


Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiəni gücləndirmək üçün əlavə 1 000 ədəd çoxməqsədli "Martlet" raketi verir.

"Far.Az" xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Qurumdan qeyd edilib ki, raketlər Belfastda istehsal olunur.

"Onlar Ukraynanın infrastrukturunun və şəhərlərinin Rusiyanın getdikcə güclənən raket-dron zərbələrindən qorunması üçün son dərəcə vacib olacaq", – məlumatda bildirilib.

Bu gün Brüsseldə NATO müdafiə nazirlərinin görüşündən əvvəl Britaniyanın müdafiə naziri Con Hili Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün əlavə 500 milyon funt sterlinq (681,4 milyon dollar) ayrıldığını elan edib.

Oxşar xəbərlər

Britaniya Ukraynaya daha 650 ədəd çoxməqsədli “Martlet” raketi verəcək
Britaniya Ukraynaya daha 650 çoxməqsədli “Martlet” raketi verəcək
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan NATO-nun bir neçə təlimində iştirak etmək üçün müraciət edib - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər