Azərbaycan–Sloveniya parlamentlərarası əlaqələri müzakirə olunub
Far.Az xəbər saytı

Azərbaycan–Sloveniya parlamentlərarası əlaqələri müzakirə olunub


Sloveniyanın xarici işlər və Avropa işləri naziri Tanya Fayon Azərbaycan–Sloveniya parlamentlərarası dostluq qrupunun sədri, deputat Heydər Əsədovla görüşüb.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli "X" sosial şəbəkə hesabında yazıb.

Səfir qeyd edib ki, H.Əsədov, həmçinin Sloveniya parlamentin sədri Urşka Klakoçar-Zupançiç, Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Boyan Çebela ilə görüşüb.

İkitərəfli siyasi və iqtisadi əlaqələr, regional məsələlər, Azərbaycan və Sloveniyanın coğrafiyalarında və ondan kənarda oynadıqları rol, eləcə də iki ölkə arasında əməkdaşlığın parlament səviyyəsində inkişafı barədə danışıqlar aparılıb.

Qeyd olunub ki, İkinci Dünya Müharibəsi zamanı böyük qəhrəmanlıq göstərmiş Mehdi Hüseynzadənin (Mixaylo) xatirəsi iki dost xalqı birləşdirən mühüm bağdır.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər