Azərbaycan heyəti "Sülh körpüsü" dəyirmi masasında iştirak etmək üçün Ermənistana gedib
Ermənistanda "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində fevralın 13-14-də ikitərəfli dəyirmi masa keçiriləcək.
Bu barədə "Report" "Armenian Council"a istinadən xəbər verir.
Dəyirmi masada Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcək.
Qeyd olunub ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək delimatasiya və demarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistana gedib.
"Sülh körpüsü" təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, bu dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupu iştirak edəcək.
Məlumata görə, Azərbaycan nümayəndə heyətinə 19 nəfər daxildir, onların arasında Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İsgəndərli, Fuad Abdullayev, Könül Bədəlova, Zaur Şiriyev, Murad Muradov, Aytən Qəhrəman, Rauf Ağəmirzəyev, Gülbəniz Qənbərova, Nəzrin Əliyeva, Eldar Həmzəli, Sənan Rzayev, Gülşən Axundova, Emin Əliyev, Orxan Babayev, İlya Hüseynov, Fuad Ağamalıyev var.
Ermənistan tərəfindən dəyirmi masada qeyri-hökumət təşkilatlarının 20 nümayəndəsi iştirak edəcək.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













