"Legion Financial"ın səhmləri üzrə hərracın tarixi açıqlanıb
Far.Az xəbər saytı

"Legion Financial"ın səhmləri üzrə hərracın tarixi açıqlanıb


Fevralın 9-da "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Legion Financial" ASC-nin 600 min manatlıq faizli, sənədsiz, adlı səhmlərin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 100 manat olan 6 000 ədəd səhmdən gedir. Prosesin anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 15,3 % artaraq 3,91 milyon manatdan 4,51 milyon manata çatacaq.

Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Onun səhmləri Turan İsmayılova (39,6 %), Ramin Süleymanlıya (31,2 % ), Rövşən Sultanova (10,2 %), Böyükağa Məmmədova (14,1 %) və Belarus vətəndaşı Kolas Konstantinə (4,9 %) məxsusdur. T.İsmayılov ləğv prosesində olan "Finoko" ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsinin başlamasından 4 il ötür
"Legion Financial" nizamnamə kapitalını yenidən artırır
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər