Azərbaycan Prezidenti: Aleksandar Vuçiç dövlətçilik maraqlarını hər şeydən üstün tutur
Far.Az xəbər saytı

Azərbaycan Prezidenti: Aleksandar Vuçiç dövlətçilik maraqlarını hər şeydən üstün tutur


Azərbaycan və Serbiya gələcək üçün həm iqtisadi, həm siyasi, həm energetika sahəsində əməkdaşlığı gücləndirir.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata birgə bəyanatında deyib.

Azərbaycan Prezidenti Serbiya Prezidentini və xalqını bir daha 15 Fevral- Dövlətçilik Günü münasibətilə təbrik edib.

"Aleksandar Vuçiç dövlətçilik maraqlarını hər şeydən üstün tutur, məhz buna görə də Serbiya uğur qazanır. Serbiyanın təbii sərvətləri olmasa da, heç bir yardım almadan uğurla inkişaf edir. Burada prezident Vuçiçin çox yüksək liderlik keyfiyyətləri xüsusi qeyd olunmalıdır", - dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev əlavə edib ki, bu gün çox mühüm məsələlər müzakirə olunub:

"Gələcək üçün həm iqtisadi, həm siyasi, həm energetika sahəsində əməkdaşlığı gücləndiririk. Energetika və nəqliyyat sahəsində yeni imkanlardan yararlanaraq güclü sinergiya yaratmağa çalışırıq".

Oxşar xəbərlər

20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər