Naxçıvanda Dövlət Maliyyə Nəzarəti İdarəsinə yeni rəis təyin olunub
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti İdarəsinə yeni rəis təyin olunub.
"Far.Az"un yerli bürosu xəbər verir ki, bununla bağlı nazir Həsən İsmayılov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifə Əkbərov Məmmədnağı Asiman oğluna həvalə edilib.
O, 28 oktyabr 1990-cı ildə Şərur rayonunda anadan olub, Naxçıvan Özəl Universitetində "İqtisadiyyatın hüquqi tənzimlənməsi" ixtisası üzrə bakalavr, Naxçıvan Dövlət Universitetində isə "İqtisadiyyatın tənzimlənməsi" ixtisası üzrə magistr təhsili alıb.
M.Əkbərov əmək fəaliyyətinə 2014-cü ildə Naxçıvanın Maliyyə Nazirliyində başlayıb, sonrakı illərdə muxtar respublikanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində direktor müavini çalışıb, 2024-cü ildən isə Naxçıvan Şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə MEDİATUR
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Səlahiyyətli nümayəndə: Naxçıvanda sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Qarakənd faciəsindən 35 il ötür
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













