Kino Agentliyi ilə Gürcüstan Milli Kino Mərkəzi arasında memorandum imzalanıb
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə Gürcüstan Milli Kino Mərkəzi arasında memorandum imzalanıb.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, memorandumun məqsədi audiovizual fəaliyyət sahəsində birgə istehsal (co-production) mexanizmlərinin təkmilləşdirilməsi, yerli və xarici film istehsalçılarına birgə xidmətlərin təklif edilməsi, hər iki ölkənin mədəni dəyərlərini əhatə edən layihələrin artırılması, iki ölkə arasındakı dostluq əlaqələrinin kinematoqrafiyada təsvir edilməsini təşviq etməkdir.
Sənədi ARKA-nın baş direktoru Rəşad Əzizov və Gürcüstan Milli Kino Mərkəzinin baş direktoru Mamuka Bliadze imzalayıblar.
Memorandumda bu sənədin müddəalarından irəli gələn əməkdaşlıq fəaliyyətinin icrasını təmin etmək məqsədilə tərəflər arasında müvafiq müqavilələrin imzalanması nəzərdə tutulur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Yunanıstan və ABŞ Rubionun Afinaya səfəri zamanı üç sənəd imzalayacaqlar













