Daşkənd və London əməkdaşlığın inkişafı üzrə birgə yol xəritəsi hazırlayacaq
Özbəkistan və Böyük Britaniya çoxplanlı əməkdaşlığın daha da inkişaf etdirilməsi üzrə birgə yol xəritəsi qəbul etmək barədə razılıq əldə edib.
"Report" Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, razılaşma dövlət başçısı Şavkat Mirziyoyev ilə Böyük Britaniyanın Mərkəzi Asiya və Azərbaycan üzrə ticarət elçisi Lord Con Olderdays arasında keçirilən görüşdə əldə olunub.
Görüş zamanı tərəflər ilk növbədə ticari-iqtisadi sahədə Özbəkistan-Böyük Britaniya qarşılıqlı faydalı tərəfdaşlığının daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Özbəkistana səfəri çərçivəsində ticarət elçisi həmçinin ölkənin Baş nazirinin müavini - iqtisadiyyat və maliyyə naziri Cəmşid Kuçkarovla görüşüb.
Tərəflər Özbəkistanla Böyük Britaniya arasında ticari-iqtisadi əməkdaşlığın hazırkı vəziyyətini, həmçinin onun daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
"Tərəflər nəqliyyat və logistika infrastrukturunun inkişafını, hava limanlarının modernləşdirilməsini, yaşıl enerjinin payının artırılmasını və dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin tətbiqinin genişləndirilməsini müzakirə ediblər. Görüşdə həmçinin dövlət şirkətləri və bankların islahatı, özəlləşdirmə proseslərinin sürətləndirilməsi və Özbəkistan şirkətlərinin beynəlxalq maliyyə bazarlarına, o cümlədən London Fond Birjasına çıxışı nəzərdən keçirilib", - Özbəkistan İqtisadiyyat Nazirliyinin məlumatında bildirilib.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev: Özbəkistan Azərbaycan üçün qardaş ölkə, etibarlı müttəfiqdir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Latviya Prezidenti Baş nazir vəzifəsinə müxalif deputatın namizədliyini irəli sürüb
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"













