Azərbaycanda saxta və təhlükəli məhsullara qarşı yeni hüquqi mexanizm hazırlanıb
Far.Az xəbər saytı

Azərbaycanda saxta və təhlükəli məhsullara qarşı yeni hüquqi mexanizm hazırlanıb


Azərbaycanda qeyri-qida istehlak mallarının istehsalı, idxalı və satışı mərhələlərində təhlükəsizliyə nəzarətin gücləndirilməsi məqsədilə yeni qanunvericilik təşəbbüsləri hazırlanaraq hökumətə təqdim olunub.

Bunu "Far.Az"a müsahibəsində Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov bildirib.

Onun sözlərinə görə, layihələr Türkiyənin Ticarət Nazirliyinin ekspertlərinin iştirakı ilə hazırlanıb və qeyri-qida mallarının texniki reqlamentlərin tələblərinə uyğun şəkildə düzgün etiketlənməsini təmin etməyə yönəlib.

"Təşəbbüslər həmçinin saxta, təhlükəli məhsulların dövriyyəyə buraxılmasının qarşısının alınmasına xidmət edir. Bu yanaşma istehlakçıların sağlamlığının və təhlükəsizliyinin qorunmasına, eləcə də bazarda ədalətli rəqabət mühitinin formalaşmasına töhfə verəcək", - deyə sədr bildirib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər