WUF13-lə bağlı vahid əməliyyat koordinasiya mexanizmi işə salınacaq
Heydər Əliyev Beynəlxalq Aeroportunda Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyasının 8-ci iclası keçirilib.
"Far.Az" bu barədə hava limanına istinadən xəbər verir.
Məlumata görə, iclasda Azərbaycan Nəqliyyat və Telekommunikasiya Holdinqi ("AZCON Holding"), "Azərbaycan Hava Yolları" QSC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi, hava nəqliyyatı sahəsində fəaliyyət göstərən müvafiq strukturlar, aidiyyəti dövlət qurumları və digər aviasiya subyektlərinin rəhbər heyəti iştirak edib.
İclas çərçivəsində ölkənin aviasiya təhlükəsizliyi sisteminin mövcud vəziyyəti təhlil olunub, risk əsaslı yanaşma prinsiplərinin tətbiqi, qurumlararası operativ koordinasiyanın optimallaşdırılması və beynəlxalq standartlara uyğunluğun davamlı monitorinqi əsas prioritet kimi müəyyən edilib. Təhlükəsizlik prosedurlarının effektivliyi və əməliyyat risklərinin idarə olunması istiqamətində əlavə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı razılıq əldə olunub.
Müzakirələrin əsas istiqamətlərindən biri mayda Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq olub. Forum dövründə gücləndirilmiş təhlükəsizlik rejiminin tətbiqi, sərnişin və nümayəndə heyətlərinin hərəkətinin fasiləsiz idarə olunması, eləcə də bütün aidiyyəti qurumlar arasında vahid əməliyyat koordinasiya mexanizminin işə salınması nəzərdə tutulur.
İclasın yekununda təhlükəsizlik sahəsində institusional əməkdaşlığın daha da gücləndirilməsi, beynəlxalq tədbirlər dövründə yüksək hazırlıq səviyyəsinin təmin olunması və strateji risklərin qabaqlayıcı idarə olunması üzrə fəaliyyət istiqamətləri müəyyən edilib.
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycan Ordusunda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib
-
FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb













