Məhkəmə-Hüquq Şurası 34 hakimliyə namizədin təyinatı üçün təkliflər hazırlanmasını qərara alıb
Məhkəmə-Hüquq Şurasının iclasında 34 hakimliyə namizədin təyinatı üçün təkliflər hazırlanması barədə qərar qəbul olunub.
"Far.Az"un məlumatına görə, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov hazırda yeni nəsil korpusun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim proseslərinin şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etdirildiyini bildirib
İclasda Hakimlərin Seçki Komitəsinin müraciətinə də baxılıb. Komitənin sədri Vidadi Cəfərov hakim vəzifəsinə namizədlərin seçimi prosesi barədə ətraflı məlumat təqdim edib.
Sonra müsabiqəni uğurla başa vurmuş 34 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.
Həmçinin Məhkəmə-Hüquq Şurasının Aparatı tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb. Hakimin xidməti vəsiqəsinin və Məhkəmə-Hüquq Şurasının rəsmi embleminin təsviri və nümunələri təsdiq edilib.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycan Ordusunda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib
-
FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb













