Azərbaycanda "JEK"lər ləğv olunacaq? - VACİB AÇIQLAMA
"Hazırda Azərbaycanda mənzil-kommunal istismar sahələrinin – yəni "JEK"lərin tam ləğvi məsələsi gündəmdə deyil. Müzakirə olunan əsas məsələ bu qurumların təşkilati-hüquqi formasının dəyişdirilməsidir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
AQC sədri əlavə edib ki, "JEK"lərin mövcud strukturunun yenilənməsi və mərhələli şəkildə məhdud məsuliyyətli cəmiyyət (MMC) modelinə keçirilməsi nəzərdə tutulur:
"Bu yanaşma həmin qurumların özünümaliyyələşmə prinsipi əsasında fəaliyyət göstərməsinə şərait yarada bilər.
Belə dəyişiklik baş verərsə, xidmətlərin keyfiyyətinə də təsir etməsi gözlənilir. Çünki artıq xidmət göstərən qurum birbaşa olaraq sakinlərin seçim və məmnuniyyətindən asılı olacaq. Əhali göstərilən xidmətdən narazı qaldıqda alternativ seçim imkanına malik olacaq və bu da xidmət göstərən tərəfi daha məsuliyyətli və çevik işləməyə vadar edəcək. Əvvəlki kimi formal və birmənalı xidmət qəbulu praktikası tədricən aradan qalxa bilər.
Ümumilikdə, ölkənin strateji inkişaf sənədlərində sovet dövründən miras qalmış idarəetmə mexanizmlərinin yenilənməsi məsələsi öz əksini tapıb. Mənzil-kommunal sahəsində də struktur və səlahiyyət bölgüsünün müasirləşdirilməsinə ehtiyac olduğu vurğulanır. Mövcud sistem uzun illər əvvəl formalaşıb və indiki iqtisadi münasibətlərə tam uyğun gəlmir. Bu baxımdan dəyişikliklərin qaçılmaz olduğu qeyd olunur".
Vüqar Oruc həmçinin deyib ki, perspektivdə bu funksiyaların bir qisminin bələdiyyələrə ötürülməsi məsələsi də müzakirə mövzusudur:
"Çünki mənzil-kommunal sahələri ilə bələdiyyələrin səlahiyyətləri bir çox hallarda üst-üstə düşür. Eyni istiqamətdə fəaliyyət göstərən iki qurum arasında səlahiyyətlərin toqquşması isə idarəetmədə qeyri-müəyyənlik yarada bilər. Bu səbəbdən bəzi ekspertlər hesab edirlər ki, yerli özünüidarəetmə orqanlarına daha geniş səlahiyyətlərin verilməsi daha məqsədəuyğun ola bilər. Bu halda seçkili bələdiyyələr yerli problemlərin həllinə görə birbaşa əhali qarşısında hesabatlı olar.
Təbii ki, struktur dəyişikliyi müəyyən çətinliklər də yarada bilər. MMC modelinə keçid zamanı optimallaşdırma aparılacağı üçün bəzi hallarda işçi sayının azaldılması mümkündür. Bundan başqa, keçid dövründə təşkilati uyğunlaşma prosesi səbəbindən xidmət səviyyəsində müvəqqəti problemlər yarana bilər. Lakin nəzərə alınmalıdır ki, mövcud sistemlə bağlı ictimai narazılıq artıq kifayət qədərdir və islahatların əsas məqsədi də bu narazılığı aradan qaldırmaqdır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azər Allahverənov: TDT ölkələri QHT-lərinin birgə layihələri inteqrasiya prosesinə töhfə verəcək













