Ötən il Azərbaycanda meyitdən orqan köçürülməsinə razılıq verən ailələrin sayı açıqlanıb
Far.Az xəbər saytı

Ötən il Azərbaycanda meyitdən orqan köçürülməsinə razılıq verən ailələrin sayı açıqlanıb


Ötən il Azərbaycanda 12 nəfərə vəfat edən şəxsdən ailəsinin razılığı ilə böyrək, 9 nəfərə isə qaraciyər köçürülüb.

Bu barədə "Far.Az"a Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazımi məlumat verib.

Onun sözlərinə görə, ötən il ümumilikdə 65 nəfərə böyrək, 51 nəfərə isə qaraciyər transplantasiyası əməliyyatı icra olunub:

"Böyrək transplantasiyası icra olunan şəxslərdən ikisi, qaraciyər transplantasiyası olunanlardan isə üçü uşaq olub".

Xatırladaq ki, 2025-ci il fevralın 24-də Azərbaycanda ilk dəfə meyit donordan alınan orqan köçürülməsi həyata keçirilib. 2025-ci il oktyabrın 31-də isə Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Səhiyyəmizdə yeni mərhələnin başlanğıcı: Meyitdən orqan nəqli məsələsində hansı problemlər var?
Azərbaycanda orqan köçürülməsindən sonra ana olan qadınların sayı açıqlanıb – EKSKLÜZİV
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər