Dağ xizəkçimiz Qış Olimpiya Oyunlarının növbəti mərhələsinə adlayıb
Far.Az xəbər saytı

Dağ xizəkçimiz Qış Olimpiya Oyunlarının növbəti mərhələsinə adlayıb


Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma XXV Qış Olimpiya Oyunlarında növbəti mərhələyə adlayıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Kortina Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda idmançımız ilk enişini başa vurub.

92-ci sırada mübarizəyə başlayan 18 yaşlı slalomçumuz 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb.

O, hazırda bu nəticə ilə 95 iştirakçı arasında 59-cu pillədə qərarlaşıb.

*** 10:21

İtaliyanın Milan və Kortina-d'Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün Azərbaycan təmsilçisi Anastasiya Papatoma mübarizəyə qoşulacaq.

BAKU.WS xəbər verir ki, dağ xizəkçisi slalom növündə qüvvəsini sınayacaq.

Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-d'Ampetsoda keçiriləcək.

Bu gün həmçinin daha bir neçə idman növü üzrə yarışlar baş tutacaq.

Medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb. Skandinaviya ölkəsi indiyədək 31 (14 qızıl, 8 gümüş, 9 bürünc) mükafat qazanıb. İtaliya (9 qızıl, 4 gümüş, 11 bürünc) ikinci, ABŞ (6 qızıl, 10 gümüş, 5 bürünc) üçüncüdür.

Xatırladaq ki, daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 29 idmançının mübarizəsində 63,63 xalla sonuncu yeri tutub və mübarizəni dayandırıb.

XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Oxşar xəbərlər

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycanın dağ xizəkçisi XXV Qış Olimpiya Oyunlarında növbəti mərhələyə adlayıb - YENİLƏNİB
XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
XXV Qış Olimpiya Oyunlarında bu gün növbəti yarışlar baş tutacaq
XXV Qış Olimpiya Oyunlarında bu gün növbəti yarışlar keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər