Azərbaycan şəkər ixracından gəlirini 3 dəfəyə yaxın artırıb
Far.Az xəbər saytı

Azərbaycan şəkər ixracından gəlirini 3 dəfəyə yaxın artırıb


Bu ilin yanvar ayında Azərbaycan 3 milyon 782 min ABŞ dolları dəyərində 5 min 878 ton şəkər ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2 milyon 377 min ABŞ dolları (2,7 dəfə çox), həcm baxımından isə, 3 min 754 ton (2,8 dəfə çox) çoxdur.

Hesabat dövründə şəkər ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərinin 0,2 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Fatimə Bağırova

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan regionda müsbət saldo saxlayan yeganə ölkədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan pambıq lifi ixracından gəlirini 35 %-ə yaxın artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər