Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş futzal turniri keçirilib
UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futzal turnirinə yekun vurulub.
Bu barədə "Far.Az"a AFFA-dan məlumat verilib.
Turnir universitetin müxtəlif fakültələrini təmsil edən tələbə komandaları arasında keçirilib və universitetdaxili idman həyatının canlandırılması, tələbələr arasında sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb.
Yarışın həlledici oyunları AZMİU-nun idman zalının futzal meydançasında baş tutub. Üçüncü yer uğrunda görüşdə İnşaat fakültəsinin komandası Memarlıq fakültəsinin kollektivini 5:1 hesabı ilə məğlub edərək turnirin bürünc mükafatçısı olub. Final qarşılaşmasında isə Tikinti-İqtisad fakültəsinin komandası ilə Nəqliyyat fakültəsinin komandası ilə üz-üzə gəliblər. Rəqibini 3:2 hesabı ilə üstələyən Tikinti-İqtisad fakültəsinin komandası yarışın qalibi olub.
Turnirin yekununda qalib komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutanlar isə müvafiq medallarla mükafatlandırılıblar. Bununla yanaşı, fərqlənən oyunçular müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlara layiq görülüblər.
Mükafatlandırma mərasimində veteran futbolçu Vəli Qasımov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəsmi şəxsləri iştirak edərək qalib və mükafatçı komandaları təbrik edib, onlara kubok və mükafatları təqdim ediblər.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində keçirilən turnirə yekun vurulub
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
44 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərildi
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib













