WUF13-ün xarici iştirakçıları üçün viza pulsuz olacaq
Far.Az xəbər saytı

WUF13-ün xarici iştirakçıları üçün viza pulsuz olacaq


Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək 13-cü sessiyasının xarici iştirakçıları üçün viza pulsuz və sadələşdirilmiş olacaq.

Bu barədə WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva WUF13 ilə bağlı regional KİV üçün onlayn brifinqdə "Far.Az"un sualına cavabında bildirib.

"İştirakçılar üçün viza pulsuz olacaq. Vizanı öz ölkənizdəki səfirlik və konsulluqlarda və ya Bakıya gəldikdən sonra rəsmiləşdirmək mümkün olacaq. Həmçinin vətəndaşlarının ölkəyə girişi üçün vizanın tələb olunmadığı bir sıra ölkələr də var", - o deyib.

G.Rzayeva qeyd edib ki, WUF13 çərçivəsində Azərbaycanın 2024-cü ilin noyabrında uğurla ev sahibliyi etdiyi COP29 qlobal iqlim konfransı zamanı tətbiq edilən viza rejimi tətbiq olunacaq.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər