Daşkənddə Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı müzakirə olunub
Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
"Far.Az"un məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva və Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədov arasında baş tutan görüşdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevlə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında qarşılıqlı etimada əsaslanan qardaşlıq münasibətlər iki ölkənin strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynayır.
Dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər mədəni-humanitar əməkdaşlığın daha da genişlənməsinə və institusional əsasda möhkəmlənməsinə mühüm təkan verir.
Görüşdə Qarabağda həyata keçirilən bərpa və yenidənqurma prosesində Özbəkistanın göstərdiyi dəstək məmnunluqla qeyd olunub.
Bu ilin dekabr ayında Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin uğurla keçirilməsi xüsusi vurğulanıb.
Tərəflər müştərək tarixi köklərə, adət-ənənələrə və bütövlükdə Türk Dünyasının zəngin mədəni irsinin qorunmasının əhəmiyyətinə diqqət çəkiblər.
Digər layihələrlə yanaşı, ötən il Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə görkəmli özbək yazıçı Abdulla Qədirinin "Ötən günlər" romanının Bakıda böyük uğurla səhnələşdirilməsi vurğulanıb.
Həmçinin bu ilin dekabrında gerçəkləşdirilən Azərbaycan–Özbəkistan rəssamlarının "İpək yolu üstündə dostluq" adlı birgə onlayn sərgisi iki qardaş ölkənin mədəni birliyinin növbəti nümunələrindən biri kimi yüksək qiymətləndirilib.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev: Özbəkistan Azərbaycan üçün qardaş ölkə, etibarlı müttəfiqdir - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Piqott: Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb













