Anar Quliyev italiyalı səfirlə şəhərsalma və memarlıq sahələrində əməkdaşlığı müzakirə edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ilə görüşüb.
Dövlət Komitəsindən "Far.Az"a verilən məlumata görə, görüş zamanı Azərbaycan və İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafı yüksək qiymətləndirilib, şəhərsalma və memarlıq sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Həmçinin qardaşlaşmış şəhərlər platforması çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub, müasir şəhər inkişafı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin və innovativ yanaşmaların əhəmiyyəti vurğulanıb.
Komitə sədri may ayında Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (@WUF13Azerbaijan) İtaliya tərəfinin fəal iştirakına ümidvar olduğunu qeyd edib.
Komitə sədri Anar Quliyev (@_anar_guliyev) İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko ilə məhsuldar görüş keçirib.
— AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (@arxkom_gov_az) February 19, 2026
Görüş zamanı #Azərbaycan və #İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafı yüksək… pic.twitter.com/eWyzklIizS
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı













