Lökbatanda I Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynov dəfn olunub - YENİLƏNİB
Far.Az xəbər saytı

Lökbatanda I Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynov dəfn olunub - YENİLƏNİB


Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynov dəfn olunub.

"Far.Az"un məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Qaradağ rayonu Lökbatan qəsəbəsindənki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rafiq Hüseynovla Qaradağ rayonu Lökbatan qəsəbəsində vida mərasimi keçirilib.

"Far.Az"un məlumatına görə, vida mərasimində mərhumun ailə üzvləri, rayon ictimaiyyəti, icra hakimiyyəti nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də media mənsubları iştirak ediblər.

Vida mərasiminin ardınca nəşin qalıqları dəfn olunmaq üçün qəsəbə Şəhidlər xiyabanına aparılıb.

Qeyd edək ki, Rafiq Hüseynov 1974-cü il aprelin 16-da Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. O, 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər