Maqnezium və vitamin tərkibli qida əlavələri içən qadın az qala qaraciyərini itirirdi...
Rusiyanın Kareliya bölgəsindən olan gənc qadın iki il ərzində hər gün beş-altı növ bioloji aktiv qida əlavəsi qəbul edib. Onların arasında maqnezium, D vitamini və B qrupu vitaminləri də olub. Nəticədə onun qaraciyərində ciddi problemlər yaranıb.
Far.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə rusiyalı terapevt Maksim Fyodorov məlumat verib.
Həkimin sözlərinə görə, pasiyent ilk dəfə 2025-ci ilin payızında müraciət edib. Aparılan analizlər zamanı qaraciyər xəstəliklərinin əsas göstəricilərindən sayılan transaminazların səviyyəsinin yüksəldiyi müəyyən olunub. Yalnız bütün qida əlavələrinin və alkoqolun tam dayandırılmasından sonra göstəricilər normanın yuxarı həddinə qədər enə bilib.
Həkim qeyd edib ki, qaraciyərə mənfi təsir göstərən başqa amillər də rol oynamış ola bilər. Lakin o vurğulayıb ki, bioloji aktiv əlavələr zərərsiz hesab edilməməlidir.
"Bioloji aktiv əlavələr oyuncaq deyil. Təəssüf ki, biz bunu çox vaxt unuduruq. Onları mütləq düşünülmüş və nəzarət altında qəbul etmək lazımdır", - deyə terapevt bildirib.
Bundan əlavə, beynəlxalq alimlər qrupunun apardığı araşdırmalar bəzi dərman preparatlarının qaraciyərə ciddi zərər vura biləcəyini göstərib. Ən riskli hesab olunan 17 dərman arasında antimikrob və antiviral preparatlar da yer alıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.05.2026)
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
İbrahim Əzizi: ABŞ və İsrail İrana qarşı müharibədə istəyinə nail ola bilməyib
-
Əraqçi: İranla bağlı məsələlərin hərbi həlli yoxdur













