Rusiyada matəm elan edildi
Far.Az xəbər saytı

Rusiyada matəm elan edildi


Rusiyanın Amur vilayətinin Romnı dairəsi helikopter qəzasında üç nəfərin həlak olması ilə bağlı üç günlük matəm elan edib.

BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Amaranka kəndi yaxınlığında baş verib.

Belə ki, şəxsi "Robinson" helikopteri ağac emalı sahəsindən qalxdıqdan sonra itkin düşüb və sonradan ucqar ərazidə tapılıb. Xilasedicilər pilot, İstintaq Komitəsinin əməkdaşı və polis nümayəndəsinin cəsədlərini aşkar edib.

Rəsmi məlumata görə, helikopterin pilotu bu hava gəmisini idarə etmək səlahiyyətinə malik olmayıb və aparat rəsmi qeydiyyatdan keçməyib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsi üzrə cinayət işi başlanıb.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər