WUF Akademiyasında qısa mühazirə üçün müraciətin son tarixi açıqlanıb
Far.Az xəbər saytı

WUF Akademiyasında qısa mühazirə üçün müraciətin son tarixi açıqlanıb


Ümumdünya Şəhərsalma Forumunun (WUF13) WUF Akademiyasında qısa mühazirə üçün müraciətin son təqdimetmə tarixi 15 martdır.

"Report" xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X"dəki hesabında məlumat yayılıb.

Bundan başqa, martın 31-i "Urban Expo" sərgisində stend rezervasiyası üçün son tarixdir.

Qeyd olunub ki, WUF13-də WUF Akademiyası akademik və tədqiqat fəaliyyəti üçün ixtisaslaşdırılmış mərkəzdir, dünyanın aparıcı institutlarının rəhbərliyi altında 40-dan çox tədris sessiyası, alimlərin və təcrübə keçənlərin iştirakı ilə yüksək səviyyəli dəyirmi masalar, həmçinin təcrübə mübadiləsi, əməkdaşlıq və innovasiyalar üçün dinamik məkan təklif edir:

"Akademiya adekvat mənzil təminatı üçün tədqiqatlara, biliklərə və potensialın artırılmasına əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına kömək edir. "WUF kampusunda biliklərin səfərbərliyinə qoşulun. Burada biliklər fəaliyyətlə görüşür. Universitetlər, tədqiqatçılar və praktiklər WUF13-ün mənzil məsələləri üzrə altı dialoqu çərçivəsində qabaqcıl işləmələri bölüşmək və birgə həllər yaratmaq üçün birləşirlər.

"İstər qısa mühazirə olsun, istərsə də gələcək prioritetləri müəyyənləşdirən müzakirələrdə iştirak, kampus sizin təcrübənizi adekvat mənzil uğrunda qlobal hərəkatla əlaqələndirir".

Müraciət forması: https://forms.office.com/e/PLhQgESVRJ

Oxşar xəbərlər

SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Dünyanın 30-dan çox ölkəsi Bakıda görüşür: AİGA qreplinq turniri Azərbaycanda ilk dəfə
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər