Hikmət Hacıyev: Artıq regionda Azərbaycanın hərbi və məcburi tədbirləri sayəsində əldə olunmuş faktiki sülh var
Artıq regionda Ermənistanın xoşməramlılığı ilə deyil, Azərbaycanın hərbi və məcburi tədbirləri sayəsində əldə olunmuş faktiki sülh var.
"Far.Az" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın aparıcı mətbu orqanlarından olan “La Repubblica” qəzetinə geniş müsahibəsində deyib.
"Otuz il ərzində münaqişənin həlli istiqamətində nəzərəçarpacaq nəticə əldə edilmədiyi üçün 2020-ci və 2023-cü illərdə biz Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarını azad edən və bununla da ərazi bütövlüyümüzü bərpa edən iki hərbi əməliyyat keçirməyə məcbur olduq. Biz müharibədə qalib gəldik, indi sülhü də əldə etmək istəyirik.
Biz sülhə həmişəkindən daha yaxınıq, lakin hələ də qarşıda maneələr var. Birincisi, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan Ermənistan konstitusiyasıdır. Onun preambulası erməni dilində Qarabağın Azərbaycan ərazilərinin Ermənistana “birləşdirilməsi” mənasını verən “Miatsum” sözü yazılan müstəqillik bəyannaməsinə istinad edir. Biz təkcə Ermənistan hökuməti ilə deyil, həm də Azərbaycanda ərazi iddialarından əl çəkərək konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçirilməsi tələbi ilə səsini ucaltmalı olan erməni xalqı ilə də sülh razılaşması əldə etmək istəyirik. Sülh müqaviləsi kağız parçası deyil, Ermənistanda heç kimin bir daha Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır", - Prezidentin köməkçisi bildirib.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
PA-nın Vətəndaş Qəbulu Mərkəzində sentyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım













