Moskvada "Ramazan çadırı" layihəsi çərçivəsində Azərbaycan axşamı keçirilib
Rusiyanın paytaxtı Moskva şəhərində ənənəvi "Ramazan çadırı" mədəni-xeyriyyə layihəsi çərçivəsində Azərbaycan Respublikasına həsr olunmuş axşam keçirilib.
"Report"un Rusiya bürosunun məlumatına görə, iftar mərasimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından, fondun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.
Tədbir çərçivəsində işğaldan azad edilmiş ərazilərdə fondun dəstəyi ilə bərpa olunan məscidlərə həsr edilmiş fotosərgi təqdim olunub.
Axşamı fondun Rusiyadakı nümayəndəliyinin direktor müavini Nazim İsmayılzadə açaraq, Leyla Əliyevanın salamlarını iştirakçılara çatdırıb və qurumun humanitar təşəbbüslərə, mədəniyyətin inkişafına və dini abidələrin bərpasına xüsusi önəm verdiyini vurğulayıb.
Fondun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova müqəddəs Ramazan ayında iftarların təşkilinə göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, Ramazan mərhəmət, mənəvi təmizlənmə və xeyirxah əməllər ayıdır.
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Yusif Vəzirov səfir Rəhman Mustafayevin təbriklərini çatdıraraq iştirakçılara müqəddəs ay münasibətilə xoş arzularını ifadə edib.
Moskva müftisinin müavini Marat Arslanov bildirib ki, "Ramazan çadırı" çərçivəsində Azərbaycan axşamının keçirilməsi artıq uzunillik ənənəyə çevrilib və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə töhfə verir.
Axşamın sonunda təşkilatçılar tərəfindən Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə təşəkkürnamə təqdim olunub. Bədii proqram çərçivəsində uşaq müsəlman məktəbinin yetirmələri çıxış edib, daha sonra Buta Trio kollektivi konsert proqramı ilə qonaqlar qarşısında çıxış edib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Qarakənd faciəsindən 35 il ötür
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













